27 oktyabr 2024. Bazar günü

Azərbaycanlı hakim ÇL matçına təyinat aldı


  • Offside
  • 15:10 14.03.2023
  • Oxunma sayı: 65
Azərbaycanlı hakim ÇL matçına təyinat aldı
Avropa Voleybol Konfederasiyası azərbaycanlı hakimə növbəti təyinat göndərib. Corner.az xəbər verir ki, beynəlxalq dərəcəli referi Eldar Zülfüqarov qadın voleybolçular arasında Çempionlar Liqasının 1/4 final mərhələsi çərçivəsində martın 15-də keçiriləcək “Vakifbank” (Türkiyə) və “Vero Volley” (İtaliya) klublarının matçını idarə edəcək.
 
Zülfüqarov İstanbulun “Vakifbank Sport Salonu”unda təşkil olunacaq görüşdə ikinci hakim olaraq təyinat alıb.
 
Qarşılaşmanın birinci hakimi funksiyasını isə serbiyalı Mirko Jankovic yerinə yetirəcək.






Offside