23 noyabr 2024. Şənbə

Qəzada ölən "Formula 1" pilotunun xatirəsinə futbol matçı keçiriləcək


  • Offside
  • 14:47 14.06.2019
  • Oxunma sayı: 548
Qəzada ölən "Formula 1" pilotunun xatirəsinə futbol matçı keçiriləcək

İyunun 19-da "Formula 1"in sabiq pilotu Jül Byankinin xatirəsinə həsr olunmuş xeyriyyə matçı keçiriləcək.

Corner.az-ın məlumatına görə, futbol qarşılaşmasına "Ferrari" pilotu Şarl Lekler və "Toro Rosso" sürücüsü Pyer Qasli qatılacaq. Təşkilatçılar keçmiş sürücülər Olivye Panis və Felipe Massanı da dəvət etməyi nəzərdə tutublar. Matçda Fransa millisinin sabiq qapıçısı Fabyen Bartez və digər məşhur idmançıların iştirakı gözlənilir.

Yığılan vəsaitlə Nitsa şəhərindəki Arşe hospitalında serebral iflicdən müalicə olunan xəstələrə yardım olunacaq.

Qeyd edək ki, Jül Byanki "Ferrari" sisteminin pilotu kimi "Marusya" komandasında çıxış edib. 2014-cü ildə o, Yaponiya Qran-prisində qəzaya düşüb. Bir müddət durumu kritik olan Byanki süni koma vəziyyətində də qalıb. Lakin 17 iyul 2015-ci ildə o, Nitsa hospitalında keçinib. Fransalı pilot "Formula 1" yarışlarında son 21 ildə qəza nəticəsində ölən yeganə pilotdur.(report)







Offside