27 oktyabr 2024. Bazar günü

Nicat Abasov Dünya Kubokuna vəsiqə qazandı


  • Offside
  • 15:45 14.03.2023
  • Oxunma sayı: 94
Nicat Abasov Dünya Kubokuna vəsiqə qazandı

Azərbaycan şahmatçısı Nicat Abasov Dünya Kubokuna vəsiqə qazanıb.

Azərbaycan Şahmat Federasiyasından Corner.Az-a verilən məlumata görə, o, Serbiyanın Vrnyaçka Banya şəhərində kişilər arasında şəxsi Avropa çempionatındakı nəticəsi ilə buna nail olub.

Abasov 11 oyundan 7,5 xal toplamaqla 17-ci yeri tutub ki, bu nəticə Dünya Kubokunda iştirak hüququna yiyələnmək üçün kifayət edib.

Digər azərbaycanlı şahmatçı Əhməd Xaqan reytinqini artıraraq FIDE ustası titulunun normativini yerinə yetirib.







Offside