27 oktyabr 2024. Bazar günü

AFFA daha bir komandaya texniki məğlubiyyət verdi


  • Offside
  • 17:44 14.03.2023
  • Oxunma sayı: 61
AFFA daha bir komandaya texniki məğlubiyyət verdi
AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Corner.az xəbər verir ki, iclasda AFFA-nın bayrağı altında keçirilən müxtəlif yarışlarla bağlı aşağıdakı qərarlar qəbul olunub:
 
Futzal üzrə Birinci Liqanın XIII turunun “Vifly” – “Alyans Qrup”  oyununda “Alyans Qrup” komandası təyin olunan vaxtda oyuna gəlmədiyi üçün matç baş tutmayıb. Buna görə “Alyans Qrup” klubuna 0:3 hesablı texniki məğlubiyyət verilib.
 
Futzal üzrə İkinci Liqanın XIV turunun “Timsport” – “Metropoliten” oyununda “Timsport”un oyunçusu Quliyev Fərid oyunun 29:15 dəqiqəsində meydanı icazəsiz tərk etdiyinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığına görə 1 oyun cəzalandırılıb.






Offside