Canni İnfantino yenidən FİFA prezidenti seçilib. Corner.az xəbər verir ki, o, Ruandada baş tutan FIFA-nın Baş Assambleyasının seçkilərində lazımi səsi toplaya bilib.
İsveçrəli futbol funksioneri seçkilərə yeganə namizəd kimi qatılıb. 52 yaşlı funksioner 2027-ci ilədək vəzifəsində qalacaq.
Qeyd edək ki, Canni İnfantino ilk dəfə 2016-cı ildə FIFA prezidenti seçilib.