Azərbaycan boksçusu Zeynəb Rəhimova Hindistanın paytaxtı Yeni Dehlidə keçirilən dünya çempionatında ilk döyüşünə çıxıb. Corner.Az xəbər verir ki, 54 kq çəkidə çıxış edən milli üzvü 1/32 final çərçivəsində Lethokule Sibisi (CAR) ilə üz-üzə gəlib.
Hər 3 raundu aktivinə yazan Rəhimova yekunda 5:0 (30:25, 30:26, 30:26, 30:27, 30:27) hesabı ilə qalib gəlib. O, 1/16 finalda ilk mərhələdən azad olan Kristin Gillespi (Yeni Zelandiya) ilə döyüşəcək. Görüş martın 18-nə təsadüf edəcək.
Anaxanım İsmayılova (50 kq) isə ev sahibi Zarin Nixadla qarşılaşıb və rəqib mərhələ adlayıb.
2.4 milyon ABŞ dolları mükafat fondu olan mundialın final döyüşləri martın 25-də və 26-da keçiriləcək. 65 ölkədən 300-dən artıq boksçunun qatıldığı yarışın qalibi 100, finalçısı 50, bürünc medalçısı 25 min dollar qazanacaq.