28 noyabr 2024. Cümə axşamı

Rəhimovadan DÇ-də ikinci qələbə


  • Offside
  • 12:41 19.03.2023
  • Oxunma sayı: 100
Rəhimovadan DÇ-də ikinci qələbə
Azərbaycan boksçusu Zeynəb Rəhimova Hindistanın paytaxtı Yeni Dehlidə keçirilən dünya çempionatında ikinci döyüşünü keçirib. Corner.az xəbər verir ki, 54 kq çəkidə çıxış edən milli üzvü 1/16 final çərçivəsində Kristin Gillespi (Yeni Zelandiya) ilə qarşılaşıb.
 
Görüş təmsilçimizin qələbəsi ilə başa çatıb. O, rəqibini 5:0 (30:27, 30:24, 30:27, 30:27, 29:28) hesabı ilə məğlub edib.
 
Rəhimova 1/8 finalda Yohana Karolina Qomeslə (Venesuela) üz-üzə gələcək. Görüş martın 20-də olacaq.
 
Xatırladaq ki, Rəhimova 1/32 finalda Lethokule Sibisə (CAR) qalib gəlib.






Offside