28 noyabr 2024. Cümə axşamı

Milli komanda dünya kubokunu 6 medalla başa vurdu


  • Offside
  • 11:50 20.03.2023
  • Oxunma sayı: 70
Milli komanda dünya kubokunu 6 medalla başa vurdu
Monteneqronun Budva şəhərində gənc boksçular arasında dünya kubokuna yekun vurulub. Corner.az xəbər verir ki, Azərbaycan millisi 25 ölkədən 176 (58 qız, 118 oğlan) boksçunun qatıldığı yarışı 1 gümüş və 5 bürünc medalla başa vurub.
 
Turnirin finalında Ömər Aslanlı (54 kq) meksikalı Andrey Bonilya ilə üz-üzə gəlib. Rəqib qələbə qazandığından təmsilçimiz yarışı ikinci pillədə başa vurub.
 
Beləliklə, yığmamızın Budvada qazandığı medalların sayı 6-ya çatıb. Aslanlıdan öncə Məhəmmədəli Aşurəliyev (57 kq), Ziya Həsənov (71 kq), Nərmin Əlizadə (50 kq), Aynur Mikayılova (52 kq) və Emili Rzayeva (66 kq) bürünc mükafata sahib olublar.






Offside