5 fevral 2026. Cümə axşamı

Həmzəyevadan dünya çempionatına uğurlu start


  • Offside
  • 16:03 20.03.2023
  • Oxunma sayı: 106
Həmzəyevadan dünya çempionatına uğurlu start
Azərbaycan boksçusu Məhsəti Həmzəyeva Hindistanın paytaxtı Yeni Dehlidə keçirilən dünya çempionatında ilk döyüşünə çıxıb.
 
Corner.az xəbər verir ki, 57 kq çəkidə çıxış edən milli üzvü 1/16 final çərçivəsində Cennifer Peterslə (Yeni Zelandiya) qüvvəsini sınayıb.
 
Görüş 4:1 (30:27, 28:29, 30:27, 30:27, 29:28) hesabı ilə Həmzəyevanın xeyrinə bitib. O, 1/8 finalda qazaxıstanlı Karina İbrahimova ilə döyüşəcək. Qarşılaşma martın 21-nə təsadüf edəcək.
 
2.4 milyon ABŞ dolları mükafat fondu olan mundialın final döyüşləri martın 25-də və 26-da keçiriləcək. 65 ölkədən 300-dən artıq boksçunun qatıldığı yarışın qalibi 100, finalçısı 50, bürünc medalçısı 25 min dollar qazanacaq.






Offside