Beynəlxalq Cüdo Federasiyasının təqviminə görə növbəti “Böyük Dəbilqə” turniri 24-26 martda Gürcüstanın paytaxtı Tiflis şəhərində keçiriləcək. Corner.az xəbər verir ki, üç gün davam edəcək turnirdə 62 ölkədən 400-dən çox idmançı iştirak edəcək.
Azərbaycan cüdo üzrə milli yığma komandası yarışda 9 çəki dərəsində 13 cüdoçu ilə təmsil olunacaq.
Cüdoçulara mötəbər yarışda Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Elnur Məmmədli başda olmaqla performans direktoru Mark van der Ham, böyüklərdən ibarət yığmanın böyük məşqçisi Mövlud Mirəliyev və qadınlardan ibarət yığmanın baş məşqçisi Rəşad Məmmədov rəhbərlik edəcək.
Yarışda ACF-in “A” kateqoriyalı beynəlxalq dərəcəli hakimi Nazim Umbayev ədalət təmsilçiləri arasında yer alacaq.
Kişilər
-60 kq.
Kəramət Hüseynov
Turan Bayramov
-66 kq.
Kamran Süleymanov
-73 kq.
Rəşid Məmmədəliyev
Nəriman Mirzəyev
-81 kq.
Rüstəm Orucov
Elcan Hacıyev
-90 kq.
Vüqar Talıbov
+100 kq.
Camal Qamzatxanov
Qadınlar
-48 kq.
Leyla Əliyeva
-52 kq.
Gültac Məmmədəliyeva
Aydan Vəliyeva
-57 kq.
Fidan Əlizadə