Toqo yığmasının sabiq hücumçusu Emmanuel Adebayor futbolçu karyerasını başa vurub. Corner.az xəbər verir ki, 39 yaşlı futbolçu bu qərarını sosial şəbəkə hesabında açıqlayıb.
Adebayor peşəkar futbolçu karyerasına Fransanın “Mets” klubunda başlayıb. O, sonralar “Monako”, “Arsenal”, “Mançester Siti”, “Real”, “Tottenhem”, “Kristal Pelas”, “Başakşəhər”, “Kayserispor”, “Olimpiya”, “Semassi” kimi klubların da formasını geyinib. Təcrübəli hücumçu Toqo yığmasında 66 oyuna 29 qol vurub.