16 dekabr 2025. Çərşənbə axşamı

MOK rəsmisi ANOC-un seminarında iştirak edib


  • Offside
  • 13:40 22.03.2023
  • Oxunma sayı: 173
MOK rəsmisi ANOC-un seminarında iştirak edib
18-21 mart tarixlərində İordaniyanın paytaxtı Ammanda ANOC-un İdman Direktorlarının II Seminarı keçirilib. 

Corner.Az xəbər verir ki, ANOC-un Baş katibi Qunilya Lindberqin çıxış nitqindən sonra Tokio -2020 Yay və Pekin -2022  Qış Olimpiya Oyunlarında yaranan problemlər müzakiirə olunub. Akkreditasiya, idmançıların yerləşdirilməsi, İdmançılar və məşqçilərin oyunlardan kənar münasibətləri, idmançıların təhlükəsizliyi kimi mövzuları ətrafında müzakirə aparılıb. 

Həmçinin seminarda Milli Olimpiya Komitələrinin federasiyalarla əməkdaşlığının gücləndirilməsi, idmançı və məşqçilərlə birgə fəaliyyətlə bağlı təkliflər səslənib. 

ANOC rəsmiləri, Milli Olimpiya Komitələrinin nümayəndələrinin iştirak etdiyi seminara Azərbaycan Milli Olimpiya Komitəsinin idman idarəsinin direktoru Həsənağa Rzayev də qatılıb.






Offside