27 oktyabr 2024. Bazar günü

Millimizin üzvü avrokubokun gümüş medalını qazandı


  • Offside
  • 19:35 23.03.2023
  • Oxunma sayı: 69
Millimizin üzvü avrokubokun gümüş medalını qazandı
Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Yelizaveta Ruban avrokubokda gümüş medal qazanıb.
 
Corner.az xəbər verir ki, hücumçumuzun formasını geyindiyi Rumıniyanın "CSM Lugoj" klubu “Çağırış kuboku”nun finalında İtaliyanın “Reale Mutua Fenera Chieri” komandası ilə qarşılaşıb.
 
Final çərçivəsində keçirilən hər iki oyunda rəqib quru hesabla qalib gəlib. Beləliklə, voleybolçumuzun komandası turnirin gümüş medalını qazanıb.






Offside