27 mart 2026. Cümə

Bakı'da oynayan futbolçu narkobaron çıxdı


  • Offside
  • 10:50 27.03.2023
  • Oxunma sayı: 109
Bakı'da oynayan futbolçu narkobaron çıxdı
“Bakı”nın keçmiş futbolçusu Koke Avropada narkotik maddələrin alınması və yayılması ilə məşğul olan cinayət qrupunu yaratmaq ittihamı ilə 16 ilə qədər həbs cəzası gözləyir. Corner.az xəbər verir ki, bu iş üzrə məhkəmə bu gün Malaqada başlayacaq.
 
İspaniya prokurorları hesab edir ki, 39 yaşlı Koke təşkilata rəhbərlik edib və nə qədər narkotik almaq, hansı qiymətə almaq, haradan almaq və daşımaq üçün hansı növ nəqliyyat vasitəsini icarəyə götürmək barədə göstəriş verib.
 
Məhkəmə sabiq hücumçunu təqsirli hesab etsə, müddətə əlavə olaraq Koke 150 min avro məbləğində də cərimələnəcək. Bu işdə futbolçunun qardaşı da daxil olmaqla 17 nəfər iştirak edir. Onlar cinayət təşkilatındakı rollarından asılı olaraq müxtəlif maddələrlə ittiham olunurlar.
Koke ilk dəfə 2019-cu ildə narkotik alverində iştirak etdiyinə görə həbs edilib. Sonra o, bir il səkkiz ay həbsdə yatıb və 2021-ci ilin iyulunda 15 min avroluq girov ödədikdən sonra şərti azadlığa buraxılıb.
 
Qeyd edək ki, əsl adı Serxio Kontreras Pardo olan keçmiş futbolçu 2012-ci ilin ilk 6 ayını Azərbaycanda “Bakı”nın heyətində keçirib. “Malaqa”nın yetirməsi karyerası ərzində “Marsel”, “Sportinq”, “Rayo Valyekano” kimi klubların da formasını geyinib.(matc)






Offside