25 avqust 2026. Çərşənbə axşamı

Azərbaycanlı şahmatçı 50 min dollarlıq turnirdə


  • Offside
  • 16:52 27.03.2023
  • Oxunma sayı: 124
Azərbaycanlı şahmatçı 50 min dollarlıq turnirdə
Bu gün Özbəkistanda rapid üzrə beynəlxalq şahmat turniri start götürəcək. Corner.az xəbər verir ki, Azərbaycanı bu yarışda Şəhriyar Məmmədyarov təmsil edəcək.
 
Onunla yanaşı, Nodirbek Abdusattarov, Aleksandr Qrişuk və Rüstəm Kasımjanov kimi tanınmış şahmatçılar da yarışa qatılacaq. Beynəlxalq turnirin baş hakimi isə Azərbaycan Şahmat Federasiyasının birinci vitse-prezidenti Faiq Həsənov olacaq.
 
Qeyd edək ki, üç gün davam edəcək turnirin mükafat fondu 50 min ABŞ dollarıdı.






Offside