"Qalatasaray”ın prezidenti Dursun Özbək maraqlı təkliflə çıxış edib. Corner.az “Milliyet”ə istinadən xəbər verir ki, o, Bakıda olarkən Ümummilli Lider Heydər Əliyevin 100 illiyi münasibətilə türk dövlətləri komandaları arasında turnir keçirilməsini təklif edib.
Onun bu ideyası müsbət qarşılanıb. Turnirin avqustda keçirilməsi ilə bağlı ilkin çalışmalar başlayıb. Həmçinin gələcəkdə “Qarabağ” və “Qalatasaray” arasında Qarabağda yoldaşlıq görüşü keçirilməsi məsələsi də müzakirə olunub.
Qeyd edək ki, bu komandalar martın 26-da Bakı Olimpiya Stadionunda xeyriyyə matçında qarşılaşıb, oyun Türkiyə klubunun 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.