Perulular Mərakeş yığması ilə yoldaşlıq görüşü keçirmək üçün İspaniyaya uçub.
Corner.az AS nəşrinə istinadən xəbər verir ki, Peru millisinin üzvləri Madrid mehmanxanasına çatan zaman polis əməkdaşları ilə arasında dava yaşanıb.
Belə kız futbolçular avtobusdan düşən zaman azarkeşləri salamlamaq istəyiblər və izdihamla qarşılaşıblar. Polis vəziyyəti qaydaya salmaq istəyən zaman onların futbolçu olduğunu bilməyib və onlardan birini itələyib.
Bundan sonra futbolçu cavab olaraq qarşılıq verib. Daha sonra futbolçularla polislər arasında dava düşüb.
Mərakeşlə Peru arasında yoldaşlıq oyunu martın 28-də, “Civitas Metropolitano” stadionunda keçiriləcək.