28 noyabr 2024. Cümə axşamı

Azərbaycanın 5 boksçusu beynəlxalq turnirə qələbə ilə başladı


  • Offside
  • 12:28 29.03.2023
  • Oxunma sayı: 143
Azərbaycanın 5 boksçusu beynəlxalq turnirə qələbə ilə başladı
Bakıda yeniyetmə boksçular arasında Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunan beynəlxalq turnir start götürüb. Corner.az xəbər verir ki, Boks Mərkəzində 11 ölkədən 100-dən çox idmançının qatıldığı yarışın ilk günündə 16 döyüş baş tutub.
 
6 çəkidə 1/4, 2 çəkidə 1/2 final mərhələsinə yüksələn boksçuların adları bəlli olub. İlk gündə rinqə çıxan Azərbaycan millisinin üzvlərindən 5-i çıxışını qələbə ilə bitirib.
 
Turnirin ikinci günündə 19 görüş keçiriləcək. Döyüşlər saat 15:00-da başlanacaq.
 
Qeyd edək ki, aprelin 1-də yekunlaşacaq yarışda 14 çəki dərəcəsində mükafatçılar müəyyənləşəcək.
 
1/8 final
52 kq
Əli Xudaverdiyev (Azərbaycan) – Həsrət Mehdiyev (Azərbaycan) – 5:0
Faiq Mollayev (Azərbaycan) – Muhammed Aliyev (Rusiya) – 4:1
Erlan Yerqeşov (Qırğızıstan) – Daniyar Akbısenov (Qazaxıstan) – 1:4
 
54 kq
Raul Əsədullayev (Azərbaycan) – Pavel Kondraşov (Rusiya) – 0:5
 
57 kq
Yeslam Tahirov (Qazaxıstan) – Zviad Tçotçua (Gürcüstan) – 1:4
 
60 kq
Firuzcon Sadullayev (Özbəkistan) – Canaslan Temirbiyev (Rusiya) – 5:0
 
63 kq
Abbasqulu Şadlinski (Azərbaycan) – Həsən Tağızadə (Azərbaycan) – 5:0
 
66 kq
Elnur Abdullayev (Gürcüstan) – Zuxuruddin Abdulloyev (Tacikistan) – birinci tam üstünlüklə qalib gəlib
Husanboy Rustamjonov (Özbəkistan) – Bekaris Nurmuxan (Qazaxıstan) – 2:3
 
1/4 final
46 kq
Əli Baxışov (Azərbaycan) – Behruz Kurbonov (Özbəkistan) – birinci döyüşə gəlməyib
Sergey Zayats (Belarus) – Ucal Musayev (Azərbaycan) – 2:3
Yasur Uulu Taalaybek (Qırğızıstan) – Bilal Nəzərov (Azərbaycan) – 0:5
Andrey Kotusov (Rusiya) – Fərid İsmayılzadə (Azərbaycan) – 5:0
 
50 kq
Ramazan Orinbassar (Qazaxıstan) – Buzurqmehr İksanov (Tacikistan) – 3:2
Arseni Jiltsov (Rusiya) – Arif Məcidov (Azərbaycan) – 5:0
Şohjaxon Qahramanov (Özbəkistan) – Bağır Əmirxanlı (Azərbaycan) – 5:0






Offside