- Offside
- 22:48 26.11.2024
Azərbaycan Basketbol Federasiyasının (ABF) prezidenti Emin Əmrullayev Fransaya səfəri zamanı yerli basketbol federasiyasındakı həmkarı Jan-Pyer Siyuta ilə görüş keçirib.
ABF-dən Corner.Az-a verilən məlumata görə, Parisdə baş tutan görüş zamanı iki ölkə arasında basketbol üzrə təcrübə mübadiləsinin aparılması və qarşıdakı planlar barəsində söhbət olub.
Sonda tərəflər bir-birilərinə simvolik milli hədiyyələr verib, xatirə şəkilləri çəkdiriblər.
Qeyd edək ki, mayda Almaniyanın Münhen şəhərində keçiriləcək seçkilərdə FİBA-nın Avropa üzrə prezidentliyinə iki namizəddən biri məhz Jan-Pyer Siyutadır.