16 dekabr 2025. Çərşənbə axşamı

Türkiyədə iki futbolçu oyun alqı-satqısına görə saxlanıldı


  • Offside
  • 16:29 30.03.2023
  • Oxunma sayı: 113
Türkiyədə iki futbolçu oyun alqı-satqısına görə saxlanıldı
Türkiyənin "İnegölspor" klubunun iki sabiq futbolçusu oyun alqı-satqısında şübhəli bilindiyi üçün saxlanılıb. Corner.az xəbər verir ki, bunlar qapıçılar Emre Selen və Sercan Çobanoğludur.
 
Liga 2 təmsilçisi, ötən ilin dekabrında həmin oyunçularla bağlı prokurorluğa müraciət etdiklərini bildiriblər. Selen və Çobanoğludan başqa daha üç şübhəli tutulub. 
 
Xatırladaq ki, Sercan Çobanoğlu hazırda klubsuzdur. Emre Selen isə "Sivas Bələdiyyə"nin formasını geyinir.






Offside