- Offside
- 14:32 16.12.2025
"Fiziyev və Çendler elit səviyyəli döyüşçülər deyillər".
Corner.Az-ın məlumatına görə, bunu ABŞ-ın yüngül çəkidə MMA döyüşçüsü Castin Geyci Azərbaycan təmsilçisi Rafael Fiziyev haqqında danışarkən deyib.
O, idmançının səviyyəsinin rinqdə verdiyi qərarlarda göründüyünü bildirib: "Dastin Porye, Çarlz Oliveyra, Beneil Dariuş və mən elit döyüşçülərik. Biz üç-dörd raund yüksək templə mübarizə aparıb yorulmaya bilərik. Bəzən sonrakı raundlarda yorğunluq olsa belə, yenə də düzgün qərarlar veririk. Çandler və Fiziyev kimi idmançılar isə hələ də o səviyyədə çıxış edə bilmirlər".
Qeyd edək ki, Rafael Fiziyev İngiltərənin paytaxtı Londonda keçirilmiş "UFC-286" turnirində Castin Geyciyə uduzub.