28 noyabr 2024. Cümə axşamı

Böyük Dəbilqə: İlk gün Azərbaycan cüdoçuları üçün uğursuz alındı


  • Offside
  • 21:49 31.03.2023
  • Oxunma sayı: 74
Böyük Dəbilqə: İlk gün Azərbaycan cüdoçuları üçün uğursuz alındı
Bu gün Türkiyənin Antalya şəhərində cüdo üzrə “Böyük Dəbilqə” turnirinə start verilib. Corner.az xəbər verir ki, turnirin ilk günü Azərbaycan millisi üçün uğursuz alınıb.
 
Belə ki, ilk gündə tatamiyə çıxan 8 idmançımız mübarizəni medalsız başa vurub.
 
Yalnız Nazir Talıbov (60 kq) medal əldə etməyə yaxın olub. Amma o da 1/4 finalda məğlub olub. 22 yaşlı cüdoçu təsəlliverici görüşdə də belçikalı Yorr Verstraetenə uduzaraq, medal imkanını əldən verib.
 
Millinin digər üzvlərindən Yaşar Nəcəfov (66 kq) 1/32 finalda, Kəramət Hüseynov (60 kq) 1/16 finalda, Orxan Səfərov (66 kq) 1/8 finalda mübarizəni dayandırıblar.
 
Qadın cüdoçular Leyla Əliyeva (48 kq) və Fidan Əlizadə (57 kq) 1/32 final, Könül Əliyeva (48 kq) ilə Gültac Məmmədəliyeva (52 kq) isə 1/8 final səddini keçə bilməyiblər.
 
Azərbaycan millisinin heyətində Hidayət Heydərov (73 kq), Nurlan Osmanov (73 kq), Səid Mollayi (81 kq) və Zelim Tçkayev (81 kq) aprelin 1-də mübarizəyə qoşulacaqlar.
 
Turnirə aprelin 2-də yekun vurulacaq.






Offside