27 oktyabr 2024. Bazar günü

Gəncə'dən ardıcıl dördüncü qələbə


  • Offside
  • 19:49 02.04.2023
  • Oxunma sayı: 63
Gəncə'dən ardıcıl dördüncü qələbə
Bu gün Gəncə Olimpiya İdman Kompleksində Basketbol Liqasının 23-cü turunun bağlanış oyunu baş tutub. Corner.az xəbər verir ki, "Gəncə" doğma azarkeşlər önündə "Zirvə Astara" basketbolçularını qəbul edib.
 
Oyunun ilk dəqiqələrindən üstünlüyü ələ keçirən gəncəlilər 98:89 hesablı qələbə qazanaraq, pley-off zonasındakı yerlərini bir qədər də möhkəmləndiriblər.
 
Ən məhsuldar basketbolçular "Gəncə"dən Kollin Törner (34 xal, 11 asist), "Zirvə Astara"dan isə Darin Conson olublar (24 xal, 4 ribaund).






Offside