16 dekabr 2025. Çərşənbə axşamı

Stolüstü tennisçilərimiz Çexiyaya yollanıblar


  • Offside
  • 16:58 03.04.2023
  • Oxunma sayı: 79
Stolüstü tennisçilərimiz Çexiyaya yollanıblar

Yeniyetmə stolüstü tennisçilərimiz Şakir Qədirov və Banu Baytallı “Evrotalent selection camp” beynəlxalq seçim toplanışına qatılıblar.

Corner.Az Azərbaycan Stolüstü Tennis Federasiyasına istinadla xəbər verir ki, idmançılarımız məşqçi Rüfət Əliyevanın rəhbərliyi ilə aprelin 9-dək Çexiyanın Havirov şəhərində keçirilən seçim mərhələsində bacarıqlarını göstərəcəklər.

Təlim-məşq toplanışının nəticələrinə əsasən, fərqlənən idmançılar qitənin istedadlı stolüstü tennisçiləri sırasına daxil olacaqlar və beynəlxalq federasiya tərəfindən təşkil olunan toplanışlarda ustalıqlarını artırmaq imkanı qazanacaqlar.







Offside