"Stadionlarda pivə satmağın qəbahəti yoxdur”. Corner.az xəbər verir ki, bunu “Zenit” klubunun keçmiş baş məşqçisi Vlastimil Petrjela deyib.
Vaxtilə “Neftçi”ni də çalışmış mütəxəssis Rusiya stadionlarında pivə satışını dəstəklədiyini bildirib: “Klublar pul qazanacaq, azarkeşlər sevinəcək. Pivə Rusiya futbolunu daha az darıxdırıcı edəcək. Düşünmürəm ki, bu, çox problem yaradacaq, müasir dünyada stadionlarda təhlükəsizlik xidmətinin xeyli nümayəndəsi var”.