“Simurq”un sabiq futbolçusu Mario Bojiç vəfat edib. Corner.az xəbər verir ki, keçmiş yarımmüdafiəçi 40 yaşında ölüb.
Bojiç bir neçə il idi ki, beyin şişi ilə mübarizə aparırdı. İki əməliyyat keçirməsinə baxmayaraq, sonda xəstəliyə qalib gələ bilməyib.
Qeyd edək ki, 2012-13 mövsümünü ölkəmizdə “Simurq”un formasını geyinmiş Mario Bojiç 2007-ci ildə Bosniya və Herseqovina yığmasının heyətində 2 oyun keçirib.