- Offside
- 22:48 26.11.2024
Azərbaycan Basketbol Liqasında (ABL) XXIV tura start verilib.
Corner.az-ın məlumatına görə, açılış oyununda "Sərhədçi" komandası region təmsilçisi "Olimpik Şəki" ilə üz-üzə gəlib. Görüş meydan sahiblərinin 94:91 hesablı çətin qələbəsi ilə başa çatıb.
Ən məhsuldar basketbolçular "Sərhədçi"dən Maksvel Starvud (35 xal, 7 ribaund), "Olimpik Şəki"dən isə Davante Kuper (29 xal, 5 ribaund) olub.
Günün ikinci matçı "Neftçi" və "Sabah" basketbolçuları arasında keçirilib. Qonaqlar rəqibinə 80:68 hesabı ilə qlaib gəliblər.
Ən məhsuldar basketbolçular "Neftçi"dən Mohsen Moradxani (23 xal, 16 ribaund), "Sabah"dan isə isə Kamran Məmmədov (19 xal, 7 ribaund) olub.
Qeyd edək ki, tura aprelin 5-də keçiriləcək "Zirvə Astara" - NTD və "AAAF Xırdalan" - "Gəncə" görüşləri ilə yekun vurulacaq