27 oktyabr 2024. Bazar günü

Şahmatçılarımız Özbəkistanda Aqzamov memorialında mübarizəyə başlayırlar


  • Offside
  • 13:03 05.04.2023
  • Oxunma sayı: 87
Şahmatçılarımız Özbəkistanda Aqzamov memorialında mübarizəyə başlayırlar

Bu gün Özbəkistanın paytaxtı Daşkənddə şahmat üzrə Aqzamov memorialı start götürəcək.

Corner.az xəbər verir ki, yarışda Azərbaycanın iki şahmatçısı - Misrətdin İsgəndərov və Vüqar Rəsulov mübarizə aparacaq.

Aprelin 12-dək davam edəcək yarışda 63 şahmatçı birincilik uğrunda mübarizə aparacaq. Turnirin reytinq favoriti yerli idmançı Şamsiddin Vohidovdur.

On bir ölkədən zəka sahiblərinin qatılacağı yarışın iştirakçılarından doqquzu qrosmeysterdir.







Offside