28 noyabr 2024. Cümə axşamı

Oruc tutduğuna görə komandadan kənarlaşdırıldı


  • Offside
  • 13:06 05.04.2023
  • Oxunma sayı: 97
Oruc tutduğuna görə komandadan kənarlaşdırıldı
Fransanın “Nant” klubunun müdafiəçisi Jauen Hadjam oruc tutduğu üçün əsas komandadan kənarlaşdırılıb. Corner.az xəbər verir ki, buna baş məşqçi Antuan Kombuarenin 20 yaşlı futbolçudan oyun günü oruc tutmamasını tələb etməsi səbəb olub.
 
Əlcəzairli oyunçu baş məşqçinin bu tələbini qəbul etmədiyi üçün heyətdən uzaqlaşdırılıb. Hadisə Liqa 1-in 29-cu turu çərçivəsində baş tutan “Reyms”ə məğlub olduqları oyundan (0:3) əvvəl baş verib.
 
Kombuarenin bu davranışı heç də birmənalı qarşılanmayıb. Onun bu tələbinə sosial şəbəkələrdə çoxlu etiraz edən olub.
 
Xatırladaq ki, bir müddət öncə Fransa Futbol Federasiyası da oruc tutan futbolçuların iftarını açmasına görə çempionat oyunlarında qısa fasilələrin yaranmasına icazə verilməyəcəyini bəyan etmiş və bu, sərt etirazlara səbəb olmuşdu.






Offside