27 oktyabr 2024. Bazar günü

Yüksək Liqada ilk finalçı bəlli oldu


  • Offside
  • 23:38 05.04.2023
  • Oxunma sayı: 70
Yüksək Liqada ilk finalçı bəlli oldu
Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında ilk finalçı müəyyənləşib. Corner.az xəbər verir ki, yarımfinalın ikinci oyununda da UNEC-ə 3:0 (25:07, 25:14, 25:17) hesabı ilə qalib gələn "Azərreyl" həlledici görüşə vəsiqə qazanıb.
 
Digər yarımfinal matçında isə "Murov" və "Abşeron" komandaları üz-üzə gəliblər. Görüş qonaqların 3:1 (25:19, 22:25, 29:27, 27:25) hesablı qələbəsi ilə başa çatıb. Bu nəticədən sonra ümumi hesab bərabərləşib - 1:1. "Azərreyl"in finaldakı rəqibi bu komandalar arasında keçiriləcək 3-cü qarşılaşmadan sonra bəlli olacaq.
 
UNEC isə bu cütün məğlubu ilə bürünc medal uğrunda yarışacaq.






Offside