27 oktyabr 2024. Bazar günü

DÇ: Seçmə mərhələ oyunları Bakıda


  • Offside
  • 13:16 06.04.2023
  • Oxunma sayı: 108
DÇ: Seçmə mərhələ oyunları Bakıda
Çimərlik futbolu üzrə dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələ oyunları Bakıda keçiriləcək. Corner.az Dünya Çimərlik Futbolu Təşkilatına (Beach Soccer Worldwide) istinadən xəbər verir ki, yarış iyulun 2-dən 9-dək baş tutacaq.
 
Seçmə mərhələnin təqvimi də artıq açıqlanıb. Əvvəlcə 2-4 iyul tarixlərində reytinqdə ilk “12-liy”ə düşməyən komandalar qruplara bölünərək çıxış edəcəklər. 5-7 iyulda reytinqin ən güclü 12 komandasının qrup matçları olacaq. Ümumilikdə 4 komanda növbəti mərhələyə adlayacaq.
 
İyulun 8-də yarımfinal və pley-off, 9-da isə final və 3-16-cı yerlər uğrunda matçlar təşkil olunacaq.
 
Ümumilikdə seçmə mərhələnin ən yaxşı 4 komandası bu il Birləşmiş Ərəb Əmirliklərində keçiriləcək dünya çempionatına vəsiqə qazanacaq.






Offside