- Offside
- 23:59 16.12.2025
Minifutbol üzrə Azərbaycan çempionatında pley-off mərhələsinin ilk oyunları keçirilib.
Corner.Az xəbər verir ki, ilk qarşılaşmada “Qarabağ” və “Odlar yurdu” komandaları görüşüb. Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən oyunda hesab açılmayıb – 0:0.
Son çempion “Birbaşa Bakı” komandası “Qalaksi Şuşa”nı 2:0 hesabı ilə məğlub edib.
Turnir cədvəlini lider kimi tamamlayan “Zirə” ilk oyunda “Veteran”a 7:1 hesabı ilə qalib gələrək böyük üstünlük qazanıb.
Sonuncu matçda “Bakı” və “Real” komandaları üz-üzə gəliblər. “Bakı” futbolçuları rəqibini 5:3 hesabı məğlub ediblər.
Qeyd edək ki, komandalar arasında cavab qarşılaşmaları aprelin 11-də Bakı Tennis Akademiyasında keçiriləcək.