Paraqvaylı hücumçu Oskar Kardozo futbol tarixinin ən yaşlı ikinci poker müəllifi olub. Corner.az Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasına (IFFHS) istinadən xəbər verir ki, “Libertad”da çıxış edən forvard “Serro Porteno” ilə görüşdə rəqibi 4 dəfə məyus etməklə buna nail olub.
O, 39 yaş 318 günlüyündə fərqlənərək, həm də XXI əsrdə poker edən ən yaşlı oyunçu ünvanını ələ keçirib.
Hazırda Kardozo futbol tarixində yalnız Jozef Biscandan geri qalır.
1. Jozef Biscan (“Slaviya”) - 41 yaş 330 gün: 4 qol
2. Oskar Kardozo (“Libertad”) – 39 yaş 318 gün: 4
3. Pablo Eskobar (“Stronqest”) – 39 yaş 299 gün: 4
4. Pablo Eskobar (“Stronqest”) – 39 yaş 288 gün: 4
5. Karlos Sausedo (“San Xose”) – 39 yaş 215 gün: 4
6. Artur Fredenrix (“San Paulo”) – 39 yaş 162 gün: 4
7. Ferens Puşkaş (“Real”) – 38 yaş 174 gün: 4
8. Maksim Qruznov (“Trans”) – 38 yaş 132 gün: 5
9. Roke Santa Kruz (“Olimpiya”) – 38 yaş 100 gün: 4
10. Alessandro Del Pyero (“Sidney”) – 38 yaş 71 gün: 4
11. Ferens Puşkaş (“Real”) – 38 yaş 45 gün: 4
12. Kriştiano Ronaldo (“Əl-Nəsr”) – 38 yaş 4 gün: 4