25 avqust 2026. Çərşənbə axşamı

Neftçi də İzmirə yola düşdü


  • Offside
  • 19:50 06.04.2023
  • Oxunma sayı: 108
Neftçi də İzmirə yola düşdü
"Neftçi” PFK-nın U-12 komandası sabah “İzmir Cup” beynəlxalq turnirində mübarizəyə başlayır. Corner.az xəbər verir ki, baş məşqçi Vaqif Əliyevin yetirmələri “H” qrupunda Türkiyənin “Beşiktaş”, “Giresunspor”, İzmir şəhərinin çempionu, İtaliyanın “Yuventus”, Almaniyanın “Şalke”, Fransanın “Mets”, Gürcüstanın “Dinamo” (Tbilisi) və Rusiyanın “Zenit” klubları ilə qarşılaşacaq.
 
Komandanın oyunları “Neftçi TV” vasitəsilə canlı yayımlanacaq.
 
Paytaxt təmsilçisi artıq qardaş ölkəyə yollanıb. Daha öncə “Qarabağ”ın U-12 komandası da bu turnirdə iştirak üçün İzmirə getmişdi.






Offside