"Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampfla Anamaria Prodan arasındakı boşanma prosesinə həsr olunan film çəkilib. Corner.az-ın Rumıniya mətbuatına istinadən məlumatına görə, Regekampf 2021-ci ilin oktyabrında Prodandan boşanmaq üçün sənədləri təqdim edib və hüquqi ayrılığın rəsmi elan olunmasına bir addım qalıb.
Cütlüyün boşanması Rumıniya filmlərindən birinin mövzusuna çevrilib. Boşanma mərhələsində hər iki şəxs müxtəlif bəyanatlar və ictimai ittihamlarla qızışdırıldığı üçün aylarla qalmaqal və müzakirə mövzusuna çevrilib. Onların probleminə hətta dünya mətbuatında da geniş yer verilib.
Hazırda kinoteatrlarda nümayiş olunan Rumıniya filmi “Action Pack” məhz bu boşanmaya həsr olunub. Filmdə Matei Dima, Muqur Mihesku, müğənni Antonia, aktrisa Anka Diniku, Anka Dumitra, Aleks Boqdan və başqaları çəkiliblər.
Regekampfdan fərqli olaraq, Prodan “Action Pack” filminin təqdimat mərasiminə qatılıb.