Azərbaycan millisinin sabiq futbolçusu Ufuk Budak yenidən sıradan çıxıb. Corner.az saytı xəbər verir ki, 32 yaşlı müdafiəçi klubu “Erzurumspor”da zədələnib.
MRT müayinəsindən sonra bu barədə açıqlama verən TFF I liqa təmsilçisinin həkimi Bilgehan Öztop sol cinah oyunçusu barədə məlumat verib. Onun sözlərinə görə, Budakın sağ ayaq əzələsində qanama aşkarlanıb. Bu səbəbdən oyunçu komandasının bir neçə matçını buraxmalı olacaq.
Qeyd edək ki, Ufuk Budak 2011-2016-cı illərdə Azərbaycan millisinin heyətində 17 oyun keçirib.