Peşəkar Futbol Liqası tərəfindən İmişli şəhər stadionuna baxış keçirilib.
Corner.az xəbər verir ki, aparılan təmir və yenidənqurma işlərindən sonra stadion I Divizion oyunlarını qəbul etmək üçün məqbul hesab olunub.
Qeyd edək ki, “İmişli” sözügedən stadionda cari mövsümdə ilk ev oyununu 12 apreldə “Qarabağ-2” komandasına qarşı keçirəcək. Görüş saat 16:00-da start götürəcək.