“Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampfın sabiq həyat yoldaşı Anamaria Prodan növbəti dəfə maraqlı açıqlama verib. Corner.az saytı xəbər verir ki, rumıniyalı modelin həyatından bəhs edən sənədli film çəkmək istədiyini bildirib.
FIFA agenti sözünə sadiq olsa, bu, onun keçmiş həyat yoldaşı Regekampfla münasibətləri ilə bağlı daha çox təfərrüatların üzə çıxacağı anlamına gələcək.Rumıniya KIV-i isə bunun “Neftçi”nin çalışdırıcısı Regekampfı narahat etdiyini yazıb.
“Min dəfə doğulsaydım, peşman olmazdım. Necə peşman ola bilərəm? Yenidən başlamaq lazım gəlsə, mən də eyni şeyi edərdim. Düşünürəm ki, növbəti layihə mənim həyatımın filmi olacaq”, - deyə futbol meneceri söyləyib.
50 yaşlı model boşanma prosesi ilə bağlı məhkəmənin tezliklə başa çatmasını arzuladığını da bildirib: “Mən bu sirkin bitməsini istəyirəm. Hər kəsin öz həyatı var. Uşaqlarını görmək istəyirsə, açıq şəkildə dedim: ünvanı bilir. İllərdir uşaqlar heç nə istəmədən onu gözləyirlər. Sadəcə onu görmək üçün. İndi gözəl, dinc, xoşbəxt həyatım var”.
Qeyd edək ki, Laurentsiu Regekampf ötən ilin yayından “Neftçi”nin "sükan"ı arxasındadır.