5 fevral 2026. Cümə axşamı

Azərreyl'in finaldakı rəqibi bəlli oldu


  • Offside
  • 18:49 07.04.2023
  • Oxunma sayı: 117
Azərreyl'in finaldakı rəqibi bəlli oldu

Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında ikinci finalçı müəyyənləşib.

Corner.az-ın məlumatına görə, yarımfinalın 3-cü oyununda "Murov"a 3:0 (25:16, 25:21, 25:21) hesabı ilə qalib gələn "Abşeron" həlledici matçda "Azərreyl"ə rəqib olub.

Bu komandaların ilk iki görüşündə tərəflər hərəyə bir qələbə qazandığından əlavə qarşılaşmaya ehtiyac yaranmışdı.

Qeyd edək ki, bürünc medal uğrunda oyunda "Murov" UNEC-lə qarşılaşacaq. Ölkə birinciliyinin reqlamentinə əsasən, final və üçüncülük matçları 3 qələbəyədək davam edəcək.







Offside