27 oktyabr 2024. Bazar günü

Azərbaycanlı futbolçular səfərdə məğlubiyyətə üzüldülər


  • Offside
  • 09:24 08.04.2023
  • Oxunma sayı: 64
Azərbaycanlı futbolçular səfərdə məğlubiyyətə üzüldülər
Latviya çempionatında 4-cü turun oyunları keçirilir. Corner.az xəbər verir ki, azərbaycanlı futbolçular Ramin Nəsirli və Nazim Həsənzadənin komandası “Dauqavpils” də növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv səfərdə “Metta/LU”nun qonağı olub. Futbolçularımızın komandası bu oyunda məğlubiyyətlə üzləşib - 2:3.
 
Start heyətdə meydana çıxan Ramin sonadək oynayıb. Nazim isə 82-ci dəqiqədə meydana buraxılıb, 90+4-də də sarı vərəqə ilə cəzalanıb.
 
Xatırladaq ki, müqavilə ilə müvafiq olaraq “Neftçi” və “Turan Tovuz”a məxsus olan Raminlə Nazim “Dauqavpils”də icarə əsasında forma geyinirlər.






Offside