27 oktyabr 2024. Bazar günü

Nağıyevin komandası səfərdən xalsız qaldı


  • Offside
  • 11:33 08.04.2023
  • Oxunma sayı: 71
Nağıyevin komandası səfərdən xalsız qaldı
Futbol üzrə Ukrayna Premyer Liqasında 20-ci turun oyunları keçirilir. Corner.az xəbər verir ki, Azərbaycanın U-21 yığmasının sabiq müdafiəçisi Dmitri Nağıyevin formasını geyindiyi “İnqulets” də növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv səfərdə “Vorskla”nın qonağı olub. Futbolçumuzun komandası bu oyunda məğlubiyyətlə üzləşib- 0:1.
 
Nağıyev bu görüşə start heyətdə başlayıb və 72-ci dəqiqədə əvəzlənib.
 
“İnqulets” hazırda 22 xalla 16 kollektiv arasında 9-cu sırada qərarlaşıb.






Offside