27 oktyabr 2024. Bazar günü

Azərbaycan kuboku turnirində növbəti oyunlar keçirilib


  • Offside
  • 11:56 08.04.2023
  • Oxunma sayı: 80
Azərbaycan kuboku turnirində növbəti oyunlar keçirilib

Azərbaycan Texniki Universitetinin idman zalında qadın basketbolçular arasında Azərbaycan kuboku yarışlarının qrup mərhələsinin növbəti oyunları keçirilib.

Corner.Az xəbər verir ki, günün ilk oyununda “AZE U-16” və “Alov” komandaları qarşılaşıblar. Bu görüşdə “AZE U-16” komandası 104:43 hesabı ilə rəqibinə qalib gəlib.

Günün ikinci oyununda BBA komandası PH kollektivi ilə üz-üzə gəlib. BBA komandası rəqibi üzərində 64:25 hesablı qələbəyə sevinib.

Bu nəticələrdən sonra “AZE U-16” adı ilə iştirak edən qızlardan ibarət millimiz turnir cədvəlinə liderlik edir.







Offside