17 dekabr 2025. Çərşənbə

Krivotsyukdan Cənubi Koreyada ilk qırmızı vərəqə


  • Offside
  • 18:36 09.04.2023
  • Oxunma sayı: 81
Krivotsyukdan Cənubi Koreyada ilk qırmızı vərəqə
Futbol üzrə Cənubi Koreya çempionatında 6-cı turun oyunları keçirilib. Corner.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Anton Krivotsyukun komandası “Daejeon” da növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv səfərdə “Suvon”un qonağı olub. Futbolçumuzun komandası bu oyunda məğlubiyyətlə üzləşib  - 3:5.
 
Anton da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb. Milli üzvü 76-cı dəqiqədə birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub.
 
“Daejeon” hazırda 11 xalla 4-cü pillədə qərarlaşıb.






Offside