FIFA referisi Əliyar Ağayev Yunanıstandan növbəti dəvəti alıb. Corner.az-ın məlumatına görə, həmyerlimiz ölkə kubokunun yarımfinal matçını idarə edəcək.
O, Yunanıstan Futbol Federasiyasının dəvəti ilə sabah kubokun yarımfinal mərhələsinin cavab oyunu çərçivəsində “Olimpiakos” – AEK görüşündə ədaləti qoruyacaq.
Ağayevə Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcək. VAR hakimi isə Elçin Məsiyev olacaq.
Qeyd edək ki, martın 1-də keçirilməsi nəzərdə tutulan “Olimpiakos” – AEK matçı Larisa şəhəri yaxınlığında baş vermiş qatar qəzası səbəbindən təxirə salınmışdı. İlk dueldə AEK 3:0 hesablı qələbə qazanıb.