Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin “Konyaspor”dakı çıxışı Türkiyə mətbuatında birmənalı qarşılanmayıb. Corner.az-ın yerli KİV-ə istinadən məlumatına görə, konyalılar 25 yaşlı forvardın performansından məmnun deyil.
Vurğulanıb ki, Mahir Zaqreb “Dinamo”sundan böyük ümidlərlə icarəyə götürülsə də, meydanda olduğu 228 dəqiqədə nə qol vura, nə də məhsuldar ötürmə verə bilib. Emreli Super Liqa təmsilçisinin 3 matçında start heyətində çıxış edib.
Forvard bu cür oyununu davam etdirəcəyi təqdirdə, “Konyaspor” çətin ki, onu transfer etsin. Türkiyə təmsilçisi oyunçunun birdəfəlik transferi üçün 1,5 milyon avro ödəməlidi.