27 oktyabr 2024. Bazar günü

Sabah'ın baş məşqçisinə 1 oyunluq cəza


  • Offside
  • 15:19 11.04.2023
  • Oxunma sayı: 60
Sabah'ın baş məşqçisinə 1 oyunluq cəza
AFFA İntizam Komitəsinin bu gün keçirilən iclasında Premyer Liqanın XXIX turunda keçirilən “Səbail” – “Sabah” oyununda qeydə alınmış neqativ hallara hüquqi qiymət verilib. Corner.az saytı xəbər verir ki, 4 futbolçusu sarı vərəqə alan “Sabah” 800 manat cərimələnib.
 
Oyun zamanı rəqibi aşkar qol imkanından məhrum etdiyi üçün birbaşa qırmızı vərəqə alan qonaqların müdafiəçisi Con İrasabala 1 oyunluq cəza kəsilib. Bu, kluba əlavə 200 manat ziyan vurub.
 
Qarşılaşmadan sonra qırmızı vərəqə alan “Sabah”ın baş məşqçisi Murad Musayev də 1 matçlıq diskvalifikasiyaya məruz qalıb. Buna görə, bakılılar daha 800 manat cərimə ödəməli olacaq.
 
Görüş başa çatdıqdan sonra meydançaya kənar şəxslər daxil olduğundan, “Səbail”ə 1600 manat cərimə kəsilib.
 
Bundan başqa, “Kəpəz”lə görüş başa çatdıqdan sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Qarabağ” da 1600 manat cərimə olunub.






Offside