- Offside
- 22:48 26.11.2024
Gənc cüdoçulardan ibarət Azərbaycan millisinin Polşanın Poznan şəhərində keçiriləcək Avropa kuboku yarışları üçün heyəti açıqlanıb.
Corner.az xəbər verir ki, turnirdə ölkəmizi 12 çəki dərəcəsində 15 oğlan və 5 qız cüdoçu ilə təmsil edəcək.
İdmançılara gənclərdən ibarət yığmanın baş məşqçisi Elxan Məmmədov, gənclərdən ibarət yığmanın məşqçisi Elxan Rəcəbli və gənc qızlardan ibarət yığmanın məşqçisi Vüqar Hüseynov rəhbərlik edəcək.
Qızların mübarizəsində Leyla Dəmirova (48 kq), Zeynəb Məmmədova (52 kq), Lətifə Abbasova (57 kq), Nərmin Əmirli (78 kq) və Nigar Süleymanova (+78 kq) güclərini sınayacaqlar.
Oğlanların yarışında isə Nizami İmranov, Nurlan Kərimli, Murad Muradlı, Nicat Nağıyev (hamısı 60 kq), Nicat Nağıyev, Samir Piriyev, Aydın Rzayev (hamısı 66 kq), Qadir Hüseynov, Süleyman Əliyev (hər ikisi 73 kq), Ömər Rəcəbli, Əli Hacızadə (90 kq), İsmayıl Zamanov, Əjdər Bağırov (90 kq), Tamerlan Cabbarov (100 kq) və Kənan Nəsibov (+100 kq) tatami üzərinə çıxacaqlar.
Qeyd edək ki, 25 ölkədən 452 idmançının iştirak edəcəyi Avropa kuboku yarışları aprelin 15-16-da təşkil olunacaq. Azərbaycan cüdoçuları 17-19 apreldə Poznanda beynəlxalq təlim-məşq toplanışına qatılacaqlar.