27 oktyabr 2024. Bazar günü

XVII Azərbaycan çempionatının qalibləri mükafatlandırılıb


  • Offside
  • 22:18 11.04.2023
  • Oxunma sayı: 68
XVII Azərbaycan çempionatının qalibləri mükafatlandırılıb
Aprelin 11-də elektron idman növləri üzrə XVII Azərbaycan çempionatının qaliblərinin mükafatlandırma mərasimi təşkil olunub.
Corner.az xəbər verir ki, mərasimdə çıxış edən Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Elnur Məmmədov idmanın bu növünün ölkəmizdə inkişafından söz açıb, geymerlərin ölkəmizi beynəlxalq arenada yüksək səviyyədə təmsil etdiyini vurğulayıb.
Qalibləri təbrik edən E.Məmmədov növbəti yarışlarda geymerlərə uğurlar arzulayıb.
Azərbaycan Elektron İdman Növləri Federasiyasının prezidenti Adil Mahmudov XVII Azərbaycan çempionatı barədə məlumat verərkən deyib ki, yarış 6 kiber idman növü üzrə keçirilib. Bunlardan 2-si solo, digərləri isə komanda idman növləridir. Solo yarışların qalibləri iyunda Polşada təşkil olunacaq Avropa çempionatında iştirak hüququ qazanıblar. Həmin idmançılar cari ildə Rumıniyada keçiriləcək dünya çempionatına da qatılacaqlar. Komanda yarışlarının qalibləri isə ölkəmizdə təsnifat turnirində mübarizə aparacaqlar.
Ölkəmizdə elektron idman növlərinə marağın böyük olduğunu bildirən Adil Mahmudov qeyd edib ki, hazırda Bakı ilə yanaşı, regionlarda da klublar fəaliyyət göstərir. Əsas məqsədimiz idmanın bu növü üzrə liqaların yaradılmasıdır.
Daha sonra milli komandamız üçün hazırlanmış forma ictimaiyyətə təqdim olunub. Forma ilk olaraq ölkəmizi Avropa çempionatında təmsil edəcək solo kiber idman növləri üzrə Azərbaycan çempionlarına təqdim edilib.
Sonda qaliblərə medallar, diplom və pul mükafatı verilib.





Offside