17 dekabr 2025. Çərşənbə

Gəncə pley-off mərhələsinə vəsiqəni təmin etdi


  • Offside
  • 22:44 12.04.2023
  • Oxunma sayı: 73
Gəncə pley-off mərhələsinə vəsiqəni təmin etdi
Bu gün “Sərhədçi" İdman Mərkəzində Basketbol Liqasının 26-cı turunun açılış oyunu baş tutub. Corner.az xəbər verir ki, "Neftçi" və "Gəncə" komandalarının qarşılaşdığı gərgin oyunda gəncəlilərin əsas oyunçularından sayılan Cared Smol son saniyə üçlüyü ilə komandasına 87:86 hesablı qələbə qazandırıb.
 
Bu qələbə ilə "Gəncə" ilk dördlükdəki yerini təmin edib. Ən məhsuldar basketbolçular "Neftçi"dən Mohsen Moradxani (23 xal, 8 ribaund), "Gəncə"də isə Kollin Törner (24 xal, 9 asist) olublar.
 
Turun digər oyunları ("Sabah" - NTD, "AAAF Xırdalan" - "Sərhədçi", "Zirvə Astara" - "Olimpik Şəki") 15 və 16 apreldə baş tutacaq.






Offside