- Offside
- 22:48 26.11.2024
Almaniyanın "Bavariya" klubunda futbolçular arasında xoşagəlməz hadisə baş verib.
Corner.az-ın "Bild" nəşrinə istinadən məlumatına görə, Münhen təmsilçisinin iki futbolçusu - Sadio Mane ilə Leroy Sane İngiltərədə "Mançester Siti"yə uduzduqları UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyunundan sonra dava ediblər.
Hadisəyə almaniyalı yarımmüdafiəçinin 31 yaşlı hücumçu ilə kobud rəftarı səbəb olub. Sanenin danışıq tərzini xoşlamayan seneqallı oyunçu qəflətən onu yumruq zərbəsi ilə vurub. Bundan sonra əlbəyaxa dava başlayıb və futbolçuları komanda yoldaşları çətinliklə ayıra biliblər.
Qeyd edək ki, qarşılaşma "Bavariya"nın 0:3 hesablı məğlubiyyəti ilə başa çatıb.